İngiltərə milli komandasının əfsanəvi sabiq hücumçusu Ueyn Runi yığmadakı keçmiş komanda yoldaşı Endi Kerrolu məhkəməyə verə bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilir ki, Kerrol tezliklə öz avtobiomqrafik kitabını buraxacaq, hansı ki, artıq ikinci nəşrə hazırlanır. "Liverpul"un sabiq hücumçusu həmin kitabda iddia edir ki, İngiltərə millisinin düşərgəsində olduqları müddətdə Runinin otel otağında hər zaman çoxlu sayda pivə yeşikləri və siqaret qutuları olub.

Bu iddia Runini qəzəbləndirib. O, sözügedən məlumatı qəti şəkildə təkzib edir və təkzib məmumatının yayılmasını tələb edir. Ueyn öz haqlılığını hətta məhkəmə yolu ilə sübut etməyə hazır olduğunu bildirib.

Kerrol 2010-cu ildən 2012-ci ilə qədər İngiltərə millisinə dəvət alıb və ümumilikdə keçirdiyi 9 matçda 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest