Avstriyalı müdafiəçi David Alaba karyerasını harada davam etdirəcəyinə qərar verib. Futbolçu "Udineze"yə keçidlə bağlı razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, tərəflər sövdələşməni şifahi şəkildə tamamilə razılaşdırıblar. İndi yalnız hüquqi rəsmiləşdirmələri tamamlamaq qalır, bundan sonra keçidlə bağlı rəsmi açıqlama veriləcək.

Daha əvvəl mətbuatda İtaliyanın "Roma" və "Latsio", həmçinin İspaniyanın "Barselona" klublarının da Alabanın xidmətində maraqlı olduğu barədə məlumatlar yayılmışdı.

Alaba 2021-2026-cı illərdə "Real"da çıxış edib. Bu müddət ərzində müdafiəçi bütün turnirlərdə 132 matçda iştirak edib, 5 qol və 9 məhsuldar ötürmə ilə yaddaqalan olub. Ötən yay futbolçu azad agent statusu alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest