Bosniya və Herseqovina çempionatının 20-ci turunun oyunları keçirilib.

Matc.az xəbər verir ki,  millimizin sabiq üzvü Elvin Yunuszadənin çıxış etdiyi "çelik" komandası evdə "Zrinski"ni qəbul edib. Komanda görüşdən 0:2 hesabı ilə məğlub ayrılıb. Elvin qarşılaşmada çıxış etməyib. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib. 

Qeyd edək ki, "çelik" 12 komanda arasında turnir cədvəlində 11-ci pillədədir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest