"çelsi" futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında "Bavariya"ya məğlub olub.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Londonda keçirilən və 0:3 hesabıyla bitən matç "zadəganlar" üçün xoşagəlməz ilklə yadda qalıb. Belə ki, "çelsi" avrokuboklar tarixində ilk dəfə öz meydanında üç top fərqiylə uduzur.
 
Bununla yanaşı, "çelsi" bu mövsüm Frenk Lempardın rəhbərliyi ilə artıq 8-ci ev oyunudur ki, uduzur. Bu, "zadəganlar"ın 1985/86 mövsümündən bu yana ən pis göstəricisidir.
 
"Bavariya" və "çelsi" arasında çL-in 1/8 final mərhələsinin cavab matçı martın 18-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest