UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Real”ın “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olduğu oyun futbolçusu Kərim Benzema üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, fransalı futbolçu, “kral klubu”nun heyətində 100-cü Çempionlar Liqası oyununu keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
32 yaşlı futbolçu bu oyunlarda 52 qolla yadda qalıb. O, bu göstəricidə klub tarixinin 3-cüsü olub. Benzema “Real”la keçirdiyi 100 oyunun 66-da qalib gəlib və dörd dəfə bu turnirin qalibi adına yiyələnib.
 
Benzema 2009-cu ildən “Real”ın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest