"Real" çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında "Mançester Siti"yə məğlub olub.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 1:2 hesabıyla bitən görüş, Madrid təmsilçisinin kapitanı Serxio Ramos üçün antirekordla yadda qalıb.
 
Belə ki, müdafiəçi qarşılaşmanın 86-cı dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulub. Bununla da, Ramos, karyerası ərzində 4-cü dəfə çempionlar Liqasında qırmızı vərəqəylə cəzalanıb.
 
Ramos, çempionlar Liqası tarixində ən çox qırmızı vərəqə alan futbolçu kimi Edqar Davids və Zlatan İbrahimoviçin antirekorduna şərik çıxıb. İspaniyalı müdafiəçinin digərlərindən "üstünlüy"ü isə 4 qırmızı vərəqədən 3-nü birbaşa almasıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest