UEFA futbol üzrə çempionlar Liqasının 2019/20 mövsümünün final matçının bilet qiymətlərini açıqlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
 
Final matçına ən ucuz bilet 70, ən bahalısı isə 600 avrodu. Biletlərin satışına martın 12-dən start veriləcək.
 
UEFA çempionlar Liqasının final matçı mayın 30-da, İstanbul Olimpiya stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest