Futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniyanın "Valensiya" və İtaliyanın "Atalanta" klubları arasındakı cavab oyunu azarkeşsiz keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə Berqamo klubunun rəsmi saytı məlumat yayıb.
 
UEFA hər iki ölkədə koronavirus epidemiyasının yayılmasını nəzərə alaraq, belə bir qərar qəbul edib.
 
Klubun açıqlamasında o da bildirilib ki, səfər oyununa bilet əldə etmiş azarkeşlər pullarını geri ala bilərlər.
 
İtaliyada keçirilən ilk matçda "Atalanta" "Valensiya"nı 4:1 hesabı ilə məğlub edib. Cavab görüşü martın 10-da "Mestalya" stadionunda baş tutacaq.
 
1/8 final mərhələsinin digər cavab matçlarının da azarkeşsiz keçirilməsi istisna olunmur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest