Millətlər Liqasının qrup mərhələsinin son matçında keçirilən Kosovo – Azərbaycan görüşünü izləyənlər arasında Avropa klublarının skautları olub. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, həmçinin “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da görüşə baxıb.

İspaniyalı mütəxəssis “şəhərlilər”in qapıçısı Ariyanet Muriçin yığmamızla qarşılaşmadakı debütünü izləyib və yetirməsindən razı qalıb. Qvardiola eyni zamanda gənc hücumçu Rabbi Matandonun Uels millisindəki ilk oyunu barədə də fikir bildirib. O, Albaniya ilə yoldaşlıq görüşünün son 12 dəqiqəsində meydanda olan 18 yaşlı forvardın başqa kluba icarəyə verilməsi fikrindədi.

Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest