Millətlər Liqasında qrup mərhələsinin son iki turunun simvolik komandası açıqlanıb. Matç.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, yığma komandamızın yer aldığı D Liqasının III qrupundan da bir futbolçu “16-lığ”a salınıb.

Bu, Kosovonun yarımmüdafiəçisi Donis Avdiyaydı. 22 yaşlı forvard son turda millimizlə qarşılaşmanı ehtiyatdan izləməsinə baxmayaraq, ondan 3 gün əvvəl Malta ilə matçın qəhrəmanı olmuşdu. Malta səfərində dubla imza atan Avdiyay simvolik komandanın 5 ehtiyat oyunçusundan biri seçilib.

Həmçinin Uqo Lloris (Fransa), Virgil van Diyk (Hollandiya) və Harri Keyn (İngiltərə) kimi ulduz futbolçular da rəmzi komandanın ehtiyatında göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest