UEFA bu il keçirilməsi nəzərdə tutulan futbol üzrə Avropa çempionatının gələn ilin iyun-iyul aylarında keçiriləcəyini rəsmən açıqladı.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən Avropa çempionatının təxirə salınması UEFA-nı 1,9 milyard avro zərərə uğradıb.
 
Aç-2020-nin təxirə salınmasıyla UEFA təkcə bilet satışından 600 milyon avroya yaxın pul itirib. Futbol qurumu təkcə bilet satışı gəlirlərindən deyil, həm sponsor, həm də yayım hüquqlarından gəlməli olan pullardan da məhrum olub.
 
Əvvəlcədən bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Aç-2020-nin 4 oyunu Bakı Olimpiya stadionunda olmalı idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest