Koronavirusa yoluxmuş "Yuventus"un hücumçusu Paulo Dibala açıqlama verib. Matc.az xəbər verir ki, argentinalı oyunçu xəstəliyin kifayət qədər ciddi olduğunu bildirib:

"Şiddətli şəkildə öskürürdüm. Eyni zamanda halsızdım və üşüyürdüm. Soyuqqanlı olmağa çalışdım, dərhal klubun həkimlərinə zəng etdim. Əvvəlcə koronavirusa yoxluxduğumu düşünmədim. Sonra komanda yoldaşımda xəstəliyin olduğu ortaya çıxdı. Bizə vitaminlər verildi və vaxt keçdikcə özümü daha yaxşı hiss etdim. Bu, biraz da psixoloji durumdur. Mən əvvəlcə sıradan yorğunluq olduğunu düşündüm. Sonra isə nəfəs ala bilmədiyimi gördüm. Bu virusdan İtaliyada hər gün çoxlu insanlar ölür. Hər şey çox pisdir. Həkimlər öhdəsindən gələ bilmirlər. Başqa ölkələrdən köməyə gələnlər olur. Məsələ kifayət qədər ciddidir. Ona görə də özünüzə diqqət etməlisiniz”.

Qeyd edək ki, klub bu yaxınlarda Dibalanın sağaldığını və oyunçunun özünü normal hiss etdiyini açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest