Bu yay keçirilməsi nəzərdə tutulan Beynəlxalq çempionlar Kuboku turniri ləğv olunub.
 
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Yarışın ləğvinə səbəb dünyada geniş yayılan koronavirus pandemiyasıdır.
 
Beynəlxalq çempionlar Kuboku hər yay yeni mövsümə hazırlıq məqsədilə keçirilən və Avropanın nəhəng klublarının iştirak etdiyi turnirdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest