İspaniyanın “Qranada” klubu futbolçusu Roberto Soldadoyla yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 35 yaşlı hücumçu 2021-ci ilin yayına qədər La Liqa klubunda qalacaq.
 
Soldado bu mövsüm “Qranada” ilə 29 oyunda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest