Almaniya milli komandasının iki ulduz futbolçusu Millətlər Liqasında Niderlandla oyundan (1:1 bərabərlik) sonra Bundestimin düşərgəsini vaxtından əvvəl tərk edib.
Matc.az xəbər verir ki, bu barədə "Bayern & Germany" insayder nəşri məlumat yayıb.
Bildirilir ki, söhbət Camal Musiala və Kay Havertsdən gedir. Hər iki futbolçu Niderlandla matçda zədələnib və müvafiq olaraq çıxış etdikləri "Bavariya" və "Arsenal" klublarının sərəncamına qayıdacaqlar. Musialanın 3-4 həftə meydanlardan kənar qalacağı gözlənilir.
"Bavariya" və "Arsenal"ın hücumameyilli yarımmüdafiəçilərinin əvəzinə yığmanın düşərgəsinə "Liverpul"dan Florian Virts və Frankfurt "Ayntraxt"ından Conatan Burkhardt qoşulub.
Onlar sentyabrın 27-də Yunanıstana qarşı keçiriləcək Millətlər Liqası matçının iştirak ərizəsinə daxil ediləcəklər, halbuki ilkin plana əsasən, komandaya yalnız bu oyundan sonra qoşulmalı idilər.
Xatırladaq ki, Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp hazırkı beynəlxalq fasilədə Millətlər Liqasının 4 oyunu üçün iki fərqli heyət müəyyənləşdirib.













