25 Sentyabr 2026, 17:30
FUTBOL
Son olaraq "Trabzonspor"u çalışdıran təcrübəli mütəxəssis Abdullah Avcı Bolqarıstanın MOİK (Sofiya) klubunun baş məşqçi namizədləri arasında yer alıb.
Matc.az xəbər verir ki, bu barədə Bolqarıstanın "Match Telegraph" nəşri məlumat yayıb.
Bildirilir ki, Xristo Yanev ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışına çıxan Sofiya təmsilçisinin rəhbərliyi 63 yaşlı mütəxəssisin namizədliyini nəzərdən keçirir. Tərəflər arasında rəsmi anlaşma baş tutarsa, bu, təcrübəli məşqçinin karyerasında ilk xarici klub təcrübəsi olacaq.
Maraqlıdır ki, bu təyinat reallaşacağı təqdirdə, Abdullah Avcı UEFA Konfrans Liqasında keçmiş komandası "Trabzonspor"a qarşı rəqib qismində meydana çıxa bilər.













