25 Sentyabr 2026, 17:18
FUTBOL
I Liqa təmsilçisi "Xankəndi" baş məşqçisi Zaur Hacıyevlə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Cari ilin yanvarından komandaya rəhbərlik edən mütəxəssisin gedişinə uğursuz nəticələr səbəb olub. Belə ki, turnir cədvəlində işləri qaydasında getməyən kollektiv geridə qalan 3 turdan sonra aktivinə cəmi 1 xal yazdıra bilib və 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Zaur Hacıyev bu posta 2026-cı ilin yanvarında təyin edilmişdi.













