İngiltərənin "Arsenal" klubu koronavirus pandemiyasına görə işçilərinin məvacibini azaltmayacaq.
 
Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
"Topçular" pandemiya dövründə klubda çalışan bütün işçilərin məvaciblərini ödəyəcək.
 
Klubdan verilən açıqlamada o da qeyd olunub ki, futbolçularla məvaciblərinin azaldılmasıyla bağlı müzakirələr davam etdirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest