İspaniyanın "Barselona" klubu məvaciblərin azaldılması ilə bağlı yenidən hərəkətə keçir.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu növbəti mövsüm də məvaciblərin endirilməsini müzakirə edir. Klub bu addımı koronavirus pandemiyasının iqtisadi təsirini azaltmaq üçün atır. "Barselona"nın xərclərini 200 milyon avro qədər azaltmasının lazım olduğu bildirilir. Bu səbəblə, klub rəhbərliyi təkcə cari mövsümün deyil, gələcək mövsüm üçün də futbolçuların məvaciblərini azaltmağı planlaşdırır.
 
"Barselona" pandemiya səbəbiylə futbolçuların məvacibini 70 faiz azaltmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest