"İnter"in hücumçusu Aleksis Sançes komandanı tərk edəcək. Matc.az xəbər verir ki, İtaliya klubu onunla müqaviləni uzatmayacaq.

Məlumata görə, milanlılar "Mançester Yunayted"dən mövsümün sonuna qədər icarəyə götürdükləri Çili millisinin üzvünü geri qaytaracaq. “Qırmızı şeytanlar”da 32 yaşlı forvardı komandada saxlamaq fikrində deyil. Bu səbəbdən də oyunçu başqa bir kluba yenidən icarəyə verilə bilər.

Qeyd edək ki, Sançesin "Mançester Yunayted"lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest