"Real" və "Bavariya"nın sabiq futbolçusu Xavi Alonso Pep Qvardiolanın köməkçisi ola bilər. Matc.az xəbər verir ki, bu barədə "Goal.com" saytı məlumat yayıb.

Hazırda "Real Sosyedad"ın ikinci komandasının məşqçisi olan Alonso "Mançester Siti"də çalışmağa yaxındır. Qvardiolanın onunla əlaqə saxladığı bildirilir. Gənc mütəxəssis hələlik təklifə konret cavab verməyib.

Qeyd edək ki, daha öncə Qvardiolanın köməkçisi Mikel Arteta idi. O, hazırda "Arsenal"ın baş məşqçisidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest