Futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliya "Yuventus"u ilə Fransanın "Olimpik" (Lion) klubları arasında keçiriləcək cavab görüşünün vaxtı müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Fransa təmsilçisinin prezidenti Jan-Mişel Olas oyunun avqustun 7-də Turində təşkil olunacağını açıqlayıb. Matça azarkeş buraxılmayacaq.
 
Olas Fransa Liqa 1-in ləğvi ilə bağlı Peşəkar Futbol Liqasına apellyasiya verdiklərini də xatırladıb. Onun sözlərinə görə, şikayət nəticə verməsə, "Olimpik"lə PSJ çempionlar Liqasındakı rəqibləri tərəfindən məhv ediləcək.
 
Qeyd edək ki, PSJ artıq 1/4 finala yüksəlib. Lion təmsilçisi isə ilk görüşdə "Yuventus"a qalib gəlib - 1:0. Fransa Liqa 1-i koronavirus pandemiyası üzündən ləğv olunub və PSJ çempion elan olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest