UEFA İcraiyyə Komitəsinin mayın 27-nə planlaşdırılan onlayn iclası təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə videokonfransın iyunun 17-də keçiriləcəyi diqqətə çatdırılıb. İclasın vaxtı Aç-2020-nin gələn ilə təxirə salınması səbəbindən turnir üçün təklif olunan stadionlarla bağlı problemlərin müzakirəsinə görə dəyişdirilib.
 
Qeyd edək ki, Aç-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest