çempionlar Liqasında qrup mərhələsinin V turunun ən yaxşı qoluna namizədlər müəyyənəşib. Matç.az saytı xəbər verir ki, UEFA baş tutan oyunlardan sonra 4 qol arasında seçimi azarkeşlərin ixtiyarına buraxıb.

Bunlar Maksvell Kornenin ("Lion") "Mançester Siti", Aryen Robbenin ("Bavariya") "Benfika", Andrey Kramariçin ("Hoffenhaym") "Şaxtyor" və Dris Mertensin ("Napoli") "Srvena Zvezda"nın qapısından keçirdiyi qollardı. Səsvermə sabah başa çatacaq və qalib açıqlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest