"Barselona"nın baş məşqçisi Kike Setyen Neymarla çalışmaq istədiyini açıqlayıb. Matc.az xəbər verir ki, “beIN SPORT”a danışan təcrübəli mütəxəssis PSJ-nin hücumçusunun komandaya keçidini istisna etməyib:

"Əlbəttə, bir gün Neymarla məşq etmək istərdim. Onunla çalışmaqdan məmnun olaram. Düzdür, bu gün dünyanın ən yaxşı oyunçusu – Lionel Messi ilə işləmək fürsətini yaxalamışam. Ancaq Neymarla bərabər olub-olmayacağımız barədə dəqiq bir söz demək olmur. Onun komandaya gəlişinə sevinərəm. Niyə də olmasın?”

Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transfer olunub. Onun mövsüm sonu yenidən Kataloniya klubuna qayıdacağı söylənir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest