26 Sentyabr 2026, 01:09
FUTBOL
"Bavariya" və Almaniya millisinin sabiq müdafiəçisi Jerom Boatenq "Trabzonspor"un məşqçilər heyətinə qoşulacaq.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, 38 yaşlı mütəxəssis komandanın yeni baş məşqçisi Tomas Raysın köməkçisi vəzifəsini tutacaq. Tərəflər arasında artıq rəsmi müqavilə imzalanıb.
Boatenq futbolçu karyerasını bitirdikdən sonra Avstriyanın LASK klubunun əvəzedici komandasında Andreas Vaylandın köməkçisi kimi çalışıb.
Xatırladaq ki, sentyabrın 1-də Türkiyə klubu Fatih Tekke ilə müqaviləyə xitam verib. Bundan sonra baş məşqçi postuna 2 illik sözləşmə imzalayan Rays gətirilib.













