Braziliyalı hücumçu Endrik qış "transfer pəncərəsi" zamanı klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, 20 yaşlı hücumçunun əsas namizədi hələ yayda onunla razılığa gəlməyə çalışan İtaliyanın "Milan" klubudur. Vəziyyəti yaxından izləyən İtaliyanın digər təmsilsiçi "Roma" klubu da "rossoneri"yə rəqib olmağa hazırdır.
İspaniya klubunun oyunçunun gənc yaşını nəzərə alaraq Endriki satmaq niyyətində olmadığı, lakin ötən il "Lion"la etdikləri kimi, icarə variantını nəzərdən keçirə biləyi qeyd olunur.
Braziliyalının "Real"la hazırkı müqaviləsi 30 iyun 2030-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.
Xatırladaq ki, Endrik 2024-cü ilin yayından bəri Fransa "Lion"undakı icarə müddəti (21 oyun) istisna olmaqla, Madrid klubunda çıxış edir. O, "Kral klubu"nun formasında artıq 41 oyuna çıxıb, bu görüşlərdə 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeni 2026/27 mövsümündə isə cəmi bir matçda iştirak edib və La Liqanın "Elçe" ilə görüşündə (3:2 qələbə) cəmi 4 dəqiqə şans qazanıb.













