Almaniya mətbuatı da Holandın "Real"a keçə biləcəyini yazır. "Borussiya"nın hazırda yüksəlişdə olan norveçli hücumçunu böyük məbləğ qarşısında satacağı iddia edilir.

"Real" "Borusiyya"nın hücumçusu Erlinq Hollandı transfer etmək üçün Əşrəf Hakimini verə bilər. Matc.az "AS"a istiandən xəbər verir ki, icarə əsasında Dortmund klubunda çıxış edən mərakeşli futbolçu komandada qala bilər.

Hakiminin "Borussiya" ilə müqaviləsi mövsüm sonuna qədərdir. O, yayda sözləşmə ilə məxsus olduğu "Real"a qayıdacaq. Ancaq Madrid təmsilçisi komandanın forvardı Holandı heyətinə qatmaq niyyətindədir. Bu səbəbdən də 21 yaşlı müdafiəçini Bundesliqa təmsilçisinə satmağa hazırdır. "Kral klubu" bu tranfserlə qarşı tərəflə münasibət qurmağa və Holandın komandaya mümkün keçidinin qarşısı açmağı planlaşdırır.

Almaniya mətbuatı da Holandın "Real"a keçə biləcəyini yazır. "Borussiya"nın hazırda yüksəlişdə olan norveçli hücumçunu böyük məbləğ qarşısında satacağı iddia edilir.

Qeyd edək ki, 19 yaşlı forvard cari mövsüm Bundesliqada 13 oyun keçirib və 13 qol vurub. Hakimi isə 39 matçda 8 dəfə adını tabloya yazdıra bilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest