İngiltərə "Liverpul"u tarixinin antirekorduna imza atıb. Matç.az saytı xəbər verir ki, "mersisaydlılar" çempionlar Liqasının qrupunda hər üç səfər oyununda uduzub.

Liverpulun eyniadlı təmsilçisi indiyədək heç vaxt çempionlar Liqasının qrupundakı hər üç oyunu uduzmamışdı. "Napoli"yə 0:1, "Srvena Zvezda"ya 0:2 hesabı ilə məğlub olan ingiltərəlilər dünən PSJ-dən xal ala bilməyib – 1:2.

Qeyd edək ki, hesabında 6 xal olan "Liverpul" son turda "Napoli"ni qəbul edəcək. VI tur öncəsi italiyalıların 9, PSJ-nin 8 xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest