Turin klubunun Kataloniya təmsilçisinin bu təklifinə müsbət yanaşdığı bildirilir. Baş məşqçisi Kike Setyen də 23 yaşlı futbolçunun gündərilməsinə etiraz etmir

“Barselona” Osman Dembeleni göndərməyi planlaşdırır. Matc.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu “Yuventus”a Miralem Pyaniçlə fransalı oyunçunu dəyişməyi təklif edir.

Turin klubunun Kataloniya təmsilçisinin bu təklifinə müsbət yanaşdığı bildirilir. Baş məşqçisi Kike Setyen də 23 yaşlı futbolçunun gündərilməsinə etiraz etmir.

Bununla yanaşı, “Barselona” Neymar və ya Lautaro Martinesi də heyətinə qatmaqda israrlıdır. Bunun üçün də rəhbərlik Pyaniç üçün əlavə pul ödəmək istəmir.

Qeyd edək ki, Dembele bu günə qədər komandada 74 matç keçirib və 19 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest