"İnter"in hücumçusu Lautaro Martinesin "Barselona"ya keçidi baş tutmaya bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər maddi məsələdə razılığa gələ bilmirlər.

Argentinalı futbolçunun müqaviləsində 111 milyon avro qarşlığında sərbəst qalacağı bildirilir. Ancaq bu maddə 15- iyula qədər qüvvədədir. 

"Barselona"nın üç aydır "İnter"lə apardığı danışıqlar nəticə vermir. Kataloniyalıların oyunçu üçün etdiyi təkliflər isə A Seriyasını razı salmır. Bu səbəbdən də Martinesin "İnter"dən ayrılacağı inandırıcı deyil.

Qeyd edək ki, 22 yaşlı hücumçu cari mövsüm 22 oyunda 11 qol vurub.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest