"Yuventus" qapıçısı Canluici Buffon ilə müqaviləni uzadır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli qolkiper daha bir il komandada qalacaq.
 
Məlumata görə, tərəflər 2021-ci ilin yayına qədər razılığa gəliblər. Rəhbərlik 42 yaşlı oyunçu ilə müqavilə uzatdığını yaxın günlərdə rəsmən açıqlayacaq.
 
Buffon bu mövsüm "Yuventus" da 11 oyun keçirib və 9 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest