Azərbaycanın U-20 millisinin baş məşqçi postuna bir neçə namizəd olub.

Matc.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mətbuat konfransında deyib. AFFA rəsmisi Rui Jorjeyə üstünlük verilməsinin səbəbini açıqlayıb:

“Portuqaliyanın U-21 millisindəki nəticələri, futbolçu kimi təcrübəsi bu məqamlarda əsas götürüldü. Baş məşqçinin qarşısına qoyulan məqsəd odur ki, komanda qrup mərhələsində uğurlu çıxış etsin, rəqiblərlə mübarizə aparsın, meydanda döyüşə bilsin. Hazırda komandanın qarşısına ancaq dünya çempionatı ilə bağlı məqsədlər qoyulub”.

Hacıyev, dünya çempionatının açılış və final oyununun hansı ölkədə keçirilməsi ilə bağlı müəyyən işlərin getdiyini vurğulayıb:.

“FİFA ilə sıx əlaqədəyik. Dövlət qurumları ilə də əlaqə yaradılıb. Hazırda hüquqi sənədlər üzərində iş gedir. Bakı birmənalı şəkildə mundialı qəbul edəcək şəhərlərdən biri olacaq. Digər şəhərlərlə bağlı hələlik dəqiq nəsə deyə bilmərik”.

U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 dünya çempionatında iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest