Azərbaycan Premyer Liqasının oyunları axşam saatlarında keçiriləcək. Bu barədə matc.az saytına Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
 
O bildirib ki, qarşılaşmalar 19:00-dan tez başlamayacaq. Qrum rəsmisi oyunların eyni gündə müxtəlif saatlarda başlayacağı məsələsi barədə dəqiq bir söz deməyib. Şahgəldiyev bütün variantların müzakirə edildiyini sözlərinə əlavə edib.
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə martın 13-də dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest