Hücumçu Odion İqalo karyerasını "Mançester Yunayted" klubunda davam etdirəcək. Matc.az xəbər verir ki, çinin "Şanxay Şenxua" klubuna məxsus 30 yaşlı futbolçunu icarə müddəti uzadılıb.
 
İqalonun 2021-ci il yanvarın 31-dək Premyer Liqa təmsilçisində çıxış edəcəyi bildirilir. 2020-ci ilin yanvarında mayın 31-dək icarəyə götürülən hücumçu üçün 3 milyon funt sterlinq ödənmişdi. İqalo isə həftədə 130 min qazanırdı.
 
Qeyd edək ki, Odion Mançester təmsilçisində keçirdiyi 8 matçda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest