Futbol üzrə Almaniya Bundesliqasında 24-cü turdan təxirə salınmış bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, autsayderlər qrupunda qərarlaşmış "Verder" doğma meydanda Frankfurt "Ayntraxt"ı ilə qarşılaşıb.
 
üç qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə başa çatıb. Bu qələbə sayəsində xal ehtiyatını 35-ə çatdıran "Ayntraxt" 11-ci pilləyə yüksəlib. "Verder" isə 25 xalla 17-ci sıradadı.
 
Almaniya Bundesliqası
24-cü turun oyunu
3 iyun
 
Verder – Ayntraxt 0:3
Qol: A.Silva, 61. İlsanker, 81; 90.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest