PSJ rəhbərliyi müqaviləyə heç bir oyunçu daxil edilmədən - yalnız nəğd ödəniş qarşılığında oyunçunu göndərməyi düşünür. "Barselona"nı isə hazırda bu məbləği ödəyə bilmədiyi üçün transferdən vaz keçib

"Barselona" PSJ-nin hücumçusu Neymarı heyətinə qatmaqdan imtina edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb oyunçunun yüksək maliyyətinin olmasıdır.

Məlumata görə, Paris təmsilçisi braziliyalı futbolçunu satmağa hazırdır. Ancaq klub bunun üçün 175 milyon avro tələb edir. Bununla yanaşı, PSJ rəhbərliyi müqaviləyə heç bir oyunçu daxil edilmədən - yalnız nəğd ödəniş qarşılığında oyunçunu göndərməyi düşünür. "Barselona"nı isə hazırda bu məbləği ödəyə bilmədiyi üçün transferdən vaz keçib.

Kataloniya təmsilçisinin bütün diqqətini "İnter"in forvardı Lautora Martinesə yönəltdiyi bildirilir. Komanda argentinalı oyunçu üçün 111 milyon avro ödəməlidir.

Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon qarşılığında "Barselona"dan PSJ-yə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest