Osman Dembele "Barselona"nı tərk etmək niyyətində deyil. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, oyunçunun "Yuventus"a keçəcəyi iddia edilirdi.

Məlumata görə, 23 yaşlı hücumçu tərəflər razılışsa belə Turin klubunda çıxış etmək fikri yoxdur. Daha öncə Dembelenin Miralem Pyaniç transferinin bir hissəsi olacağı bildirilirdi.  Ancaq oyunçun bununla razılaşmadığı və "Barselona"da qalmaq istədiyi vurğulanıb.

Qeyd edək ki, fransalı futbolçu 2017-ci ildə 125 milyon avro qarşılığında "Borussiya"dan "Barselona"ya keçib. Davamlı zədədən əziyyət çəkən hücumçu komandada gözləntiləri qarşılaya bilmədi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest