"Sevilya" "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçi heyətinə qatmaq niyyətindədir. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, komanda xorvatiyalı oyunçu üçün transfer bədəli ödəmək istəmir.

Məlumata görə, Rakitiçin "Barselona" ilə müqaviləsi 2021-ci ilin iyununa qədərdir. Ancaq "Sevilya" mövsüm sonu futbolçunu transfer etmək istəyir. 32 yaşlı yarımmüdafiəçinin sabiq klubuna qayıtma ehtimalı zəifdir. çünki o, Kataloniya təmsilçisində illik 8 milyon avro qazanır. Əndəlus təmsilçisi isə bu məbləği verəcək gücdə deyil.

Qeyd edək ki, Rakitiç 2011-14-cü illərdə "Sevilya"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest