Fransa Liqa 1-də növbəti mövsüm neçə komanda iştirak edəcəyi məlum olub. Matc.az xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqasının İdarə heyəti qərar qəbul edib.

Qərara əsasən, növbəti mövsüm də Fransa çempionatında 20 komanda iştirak edəcək. İdarə heyəti Liqa 1-də klub sayının artırılmasının əleyhinə səs verib. Daha öncə növbəti mövsüm çempionatın 22 komanda ilə davam edəcəyi bildirilirdi.

Lakin futbol rəhbərliyi böhranın nəticələri və klubların maliyyə problemlərini nəzərə alaraq say artımının mümkün olmadığı qənaətinə gəlib.

Beləliklə, mövsümü turnir cədvəlində sonuncu pillədə başa vuran "Amiens" və Tuluza" klubları əsas liqanı tərk edəcəklər.

Xatırladaq ki,  koronavirus pandemiyası səbəbindən yarımçıq dayanan mövsümdə PSJ çempion elan edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest