O, kubok oyunlarının öz qaydalarının olduğunu vurğulayıb: "2009-cu ildəki "Vorskla" - "Şaxtyor" matçında da favorit donetsklilər olsa da, kubok Poltavaya getmişdi".

"Oyundan əvvəl hamı "Qəbələ"ni favorit hesab etsə də, mənim komandam qələbə qazandı"

Qol.az xəbər verir ki, bu sözləri Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Yuri Maksimov ölkə kubokunun finalında "Dinamo" (Kiyev) ilə qarşılaşacaqları matç haqda danışarkən deyib.

O, kubok oyunlarının öz qaydalarının olduğunu vurğulayıb: "2009-cu ildəki "Vorskla" – "Şaxtyor" matçında da favorit donetsklilər olsa da, kubok Poltavaya getmişdi".

"Dinamo" (Kiyev) – "Vorskla" final matçı isə iyulun 8-də keçiriləcək.

Qeyd edək ki, Maksimov 2017/18 mövsümündə "Keşlə" ilə Azərbaycan kubokunun finalında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest