"Barselona"nın futbolçusu Arturun "Yuventus"a keçidi dəqiqləşib.
 
Matc.az "Tuttosport"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu, katalonların son məşqində bu barədə məlumat verib.
 
O, "Yuventus"la anlaşdığını və "Barselona"dan ayrıldığını komanda yoldaşlarına bildirib. "Qoca sinyora" üçün tibbi müayinədən keçən Artur, Turin klubu ilə 5 illik müqaviləyə imza atıb.
 
"Barselona"nın braziliyalı yarımmüdafiəçinin əvəzinə "Yuventus"dan Miralem Pyaniçi transfer edəcəyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest