"Atletiko"nun yarımmüdafiəçisi Saul Niqes yayda "Mançester Yunayted"ə keçə bilər. Matc.az "The Sun"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Ole Qunnar Sulşer oyunçunu heyətində görmək istəyir.

Bildirilir ki, "Mançester Yunayted" 25 yaşlı ispaniyalı üçün 80 milyon avro ödəməyə hazırdır. Ancaq Madrrid təmsilçisi bu qiymətə Saulu buraxmaq niyyətində deyil.

Yarımmüdafiəçinin müqaviləsində 150 milyon avro qarşılığında sərbəst qala biləcəyi qeyd edilib. "Qırmızı şeytanlar"ın bu məbləği verə bilməsi mümkünsüzdür. Lakin rəhbərlik  25 yaşlı futbolçunu icarə əsasında da heyətə cəlb edə bilər.

Qeyd edək ki, Saul cari mövsüm La Liqada 31 matç keçirib və 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest