Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo 2026-cı ilin sonuna qədər "Santos"un formasını geyinəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
"Futbol krallığına xoş gəldin, Koutinyo. İrəli!" – deyə klubun paylaşımında qeyd olunub.
Oyunçunun son komandası "Vasko da Qama" olub. Transferin "Santos"un hücumçusu Neymarın dəstəyi ilə reallaşdığı bildirilir.
Karyerası ərzində 34 yaşlı Koutinyo "Vasko da Qama", Milan "İnter"i, "Espanyol", Birminhem "Aston Villa"sı, "Liverpul", "Barselona" və Münhen "Bavariya"sında çıxış edib, həmçinin Braziliya milli komandasının formasını geyinib.
"Transfermarkt"da 34 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer dəyəri 2,5 milyon avro təşkil edir.




_1789413395.jpeg)








