“Barselona” Lautaro Martines üçün danışıqları davam etdirir. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi əvvəlki tələbində israrlıdır.

Bildirilir ki, İtaliya klubu argentinalı forvard üçün 90 milyon avro istəyir. Təxminən iki aydır davam edən danışıqlarda “İnter”in mövqeyi dəyişməz olaraq qalıb.

Artıq Kataloniya təmsilçisinin bununla razılaşdığı bildirilir. “Barselona”nın Martinesə beş illik müqavilə təklif etdiyi və oyunçu ilə anlaşdığı vurğulanıb.

22 yaşlı hücumçu İspaniyada ildə 12 milyon avro maaş alacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest