Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi 19 yaşlı qapıçı Məhəmməd Taha Tepeni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. TFF 1-ci liqa təmsilçisi “Altınordu”dan transfer olunan gənc qolkiperlə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
“Altınordu”nun yetirməsi olan Taha Tepe, geridə qalan mövsümdə “Niğde Anadolu”da da icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest