"Barselona" və PSJ klubları oyunçularını dəyişdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi Osman Dembelenin xidmətində maraqlıdır.

Kataloniya klubunun Neymarı heyətinə qatmaq istəməsi sirr deyil. Bu səbəbdən də tərəflər arasında oyunçu mübadiləsi ehtimal edilir.

Belə ki, PSJ Dembele və 80 milyon avro qarşılığında Neymarın "Barselona"ya keçməsinə icazə verə bilər. Paris təmsilçinin bu istəyinə kataloniyalıların necə cavab verəcəyi maraqla gözlənilir.

Ancaq "Barselona"nın prezidenti Xosep Bartomeu bu yaxınlarda braziliyalının komandaya keçidinin maliyyə cəhətdən mümkünsüz olduğunu açıqlayıb.

                

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest