İspaniyanın "Valyadolid" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Eybar"dan Fabian Orelyananı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
 
34 yaşlı çilili yarımmüdafiəçi son olaraq "Eybar"ın uğurları üçün çalışıb. O, geridə qalan mövsümdə meydana çıxdığı 31 oyunda 8 qola imza atıb, 10 məhsuldar ötürmə müəllifi olub.
 
çili yığmasının sabiq üzvü karyerası ərzində "Udineze", "Qranada", "Selta" və "Valensiya" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest