"Azərbaycan yığması ilə oyundan və nəticədən razı qaldım". Matç.az saytı xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət İtaliya millisinin baş məşqçisi Davide Matsanti deyib.

Mütəxəssis Yaponiyada keçirilən Dç-2018-in Azərbaycan yığması üzərində 3:0 hesablı qələbədən məmnun qalıb: "Komandamız yaxşı vəziyyətdədi. 3-cü raunda çıxmaq üçün çox yaxşı şanslarımız var. Buna baxmayaraq, oyun planında daha da artırmaq gücündəyik. Bunun üçün yetərincə imkanlarımız da var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest