Moldova millisinin UEFA Millətlər Liqası öncəsi 7 - 11 avqust tarixlərində keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlayıb. Matc.az xəbər verir ki, yığmanın baş məşqçisi Engin Fırat 23 futbolçuya dəvət göndərib.

Türkiyəli mütəxəssis ölkəmizdə çıxış edən Yevgeni Koçuka milliyə çağırmayıb. Son vaxtlar mütəmadi olaraq milliyə dəvət alan "Sabah"ın yarımmüdafiəçisi heyətdən kənar qalıb.

Qeyd edək ki, Moldova Millətlər Liqasında ilk oyununu sentyabrın 3-də Kosovaya qarşı keçirəcək, 3 gün sonra isə Sloveniya ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest